Türkiyədə kriz davam edir: Serialın çəkilişləri DAYANDI

MƏDƏNİYYƏT
09:45 / 11.11.2026
162

Türkiyədə həftələrdir serial sektorunda maliyyə krizi yaşanır.

Hit.az xəbər verir ki, bir çox serialın yeni bölümü yayımlana bilmir.

Həmçinin, bəzi seriallar da final etmək məcburiyyətində qalıb. Bütün bunların fonunda daha bir serialdan şok xəbər gəlib. Belə ki, “TRT1”-də yayımlanacağı açıqlanan “Yörük Kızı” serialının çəkilişləri dayandırılıb. 

Bunun səbəbi kanalın ekran işinə ayırdığı büdcəni azaltması olub. Layihə rəhbərliyi də çəkilişləri dayandıraraq bəzi müzakirələr həyata keçirəcək. Aparılan müzakirələrdən sonra adıçəkilən serialın çəkilib-çəkilməyəcəyinə qərar veriləcək.

Qeyd edək ki, “Yörük Kızı”nın heyətində Mina Demirtaş, Onur Seyit Yaran, Perihan Savaş, Olgun Şimşək və Uğur Aslan kimi məşhurlar var.

Pərviz

0