Bu gün tarixin vərəqlərində 11 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 11 noyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Beynəlxalq Enerjiyə Qənaət Günü, Anqolada Müstəqillik Günü, Kolumbiyada Kartexenanın Azadlığı Günü, Maldiv adalarında isə Respublika Günü kimi qeyd olunur. Beləliklə, tarixin 11 noyabrına nəzər salırıq.
11 noyabrda baş verənlər:
1994-cü ildə Azərbaycan və Qambiya arasında, 2004-cü ildə isə Azərbaycan və Ekvatorial Qvineya arasında diplomatik əlaqələr qurulub. Həmçinin, 1914-cü ildə Osmanlı İmperiyası Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərə müharibə elan edib. 1918-ci ildə Birinci Dünya Müharibəsi Almaniya İmperiyası ilə Müttəfiq Dövlətlər arasında atəşkəsin imzalanması ilə başa çatıb.
Həmin ildə Polşa da ərazisinni 123 ildən sonra yenidən birləşdirib. 1889-cu ildə Vaşinqton ABŞ-nin 42-ci ştatı olub. 1975-ci ildə Anqola müstəqillik əldə edib. 1973-cü ildə İsrail və Misir atəşkəs müqaviləsi imzalayıblar. 2020-ci ildə isə Vanuatuda ilk dəfə COVID-19 infeksiyası qeydə alınıb.
11 noyabrda doğulanlar:
1907-ci ildə şair Mirmehdi Seyidzadə, 1921-ci ildə şair Balaş Azəroğlu, 1934-cü ildə müğənni, xanəndə İslam Rzayev və 1988-ci ildə Olimpiya çempionu, güləşçi Şərif Şərifov dünyaya gəlib.
Həmçinin, 1154-cü ildə Portuqaliya kralı I Sanço, 1789-cu ildə italiyalı heykəltəraş Pyetro Tenerani, 1791-ci ildə macarıstanlı dramaturq Yojef Katona, 1821-ci ildə rus yazıçı Fyodor Dostoyevski, 1869-cu ildə İtaliya kralı III Viktor Emanuel, 1882-ci ildə İsveç kralı VI Qustav, 1922-ci ildə amerikalı yazıçı Kurt Vonnequt, 1930-cu ildə yapon yazıçı Minako Oba, 1944-cü ildə türk aktyoru Kemal Sunal, 1962-ci ildə amerikalı aktrisa Demi Mur, 1974-cü ildə amerikalı aktyor Leonardo DiKaprio və 1983-cü ildə alman futbolçusu Filipp Lam doğulub.
11 noyabrda vəfat edənlər:
1951-ci ildə azərbaycanlı aktyor İsmayıl Hidayətzadə, 1028-ci ildə Bizans imperatoru VIII Konstantin, 1751-ci ildə fransız həkimi və filosof Cülyen Lametri, 1946-cı ildə rus cərrah Nikolay Burdenko, 1992-ci ildə çeçen yazıçı Maqomed Sulayev, 2005-ci ildə amerikalı və avstriyalı iqtisadçı Piter Druker, amerikalı və suriyalı kinoprodüser Mustafa Akkad, 2012-ci ildə rus aktyoru İlya Oleynikov və 2019-cu ildə Türkiyə dövlət xadimi Mümtaz Soysal vəfat edib.
Pərviz
