Niderland – Almaniya matçının STATİSTİKALARI

İDMAN
10:14 / 25.09.2026
188

Ötən gecə Millətlər Liqasının oyunları keçirilib.

Hit.az xəbər verir ki, turun mərkəzi matçında Niderland və Almaniya üz-üzə gəlib.

Qarşılaşma 1-1 hesablı bərabərliklə bitib. Niderlandlılar bütün oyun boyu üstün oynasalar da, almanlar 32-ci dəqiqədə önə keçiblər, amma 90+2-ci dəqiqədə hesab bərabərləşib.


Matçın statistikaları
Niderland topla oynamada üstün olub: 54-46 faiz. Qapıya zərbələrdə də üstün olan tərəf dəyişməyib: 22-10. Ev sahiblərinin qapıçısı 1, qonaqlarınkı isə toplam 9 qurtarış edib. Niderland 5, Almaniya isə 2 dəfə böyük şansı qaçırıb. Dəqiq pas ötürmələrində də meydan sahibləri öndə olub: 409-370. Qırmızı vərəqənin çıxmadığı matçda Niderland 3, Almaniya futbolçuları isə 1 sarı vərəqə ilə cəzalandırılıb. Küncdən zərbələrdə də niderlandlıların böyük üstünlüyü olub: 12-1.

Xavi və Klop üçün ilk 
Niderlandla qarşılaşma Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopun debüt matçı olub. O, 2024-cü ildən sonra sonra ilk dəfə baş məşqçi kimi bir komandanı rəsmi matça çıxarıb. Eyni zamanda, bu oyun Xavi üçün də Niderland yığmasının baş məşqçisi kimi ilk oyunu olub. Beləliklə, hər iki mütəxəssis ilk rəsmi matçlarında 1 xalla kifayətləniblər.

Elmir

0