Polis nömrəsiz “Naz lifan”ın “plyonka”sını sökdü - FOTOLAR

ÖLKƏ
21:00 / 19.11.2021
1135

“Naz lifan” markalı avtomobilin sürücüsü Yol Polisi İdarəsinə dəvət olunub. 

HİT.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, avtomobil sahibinin yeniyetmə oğlu ondan xəbərsiz "plyonka" çəkdirib:

“O etiraf edib ki, bu addım yanlışdır və səhhəti ilə əlaqədar olaraq evdə müalicə olunduğu üçün avtomobilindən xəbərsiz olub. Törədilən xəta yerindəcə aradan qaldırılıb. Avtomobilin "plyonka"ları sökülüb, dövlət nömrə nişanı yerinə bağlanıb və sürücü ilə profilaktiki söhbətlər aparılıb. 

Yol polisi bir daha sürücülərin nəzərinə çatdırır ki, bu və ya digər neqativ hallarla bağlı tədbirlər davam etdirilir, qarşısı alınacaq”.

1