ÜST “omikron” ştamı barədə XƏBƏRDARLIQ ETDİ

ÖLKƏ
15:38 / 29.11.2021
945

Koronavirusun yeni “omikron” ştamı xəstəliyin ciddi fəsadlarla nəticələnən yayılmasına gətirib çıxara bilər.

Hit.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi infeksiyanın yayılmasına qarşı mübarizə üzrə prioritet tədbirlərin siyahısında bildirilir. ÜST qeyd edir ki, “omikron” ştamı üçün mutasiyaların sayının çoxluğu xarakterikdir. Yeni “omikron” ştamı ilə bağlı ümumi qlobal risk çox yüksək dəyərləndirilir.

ÜST koronavirusun yeni ştamının əmələ gəlməsi ilə bağlı ölkələrin əhalisinin peyvəndlənmə tempini artırmağa çağırıb. Sənəddə deyilir: “Əhalinin peyvəndlənmə dairəsini mümkün qədər sürətlə genişləndirmək lazımdır. Xüsusən, buraya, ilk növbədə ehtiyacı olanlar, həmçinin indiyədək peyvəndlənməyən, yaxud tam vaksinlənmədən keçməyənlər aiddir”.

ÜST vurğulayır ki, yeni ştama yoluxmalar tam vaksinlənmə kursunu keçən insanlarda, lakin proqnozlaşdırıla bilən sürətdə müşahidə oluna bilər.

0