ABŞ-da aralıq seçkiləri ərəfəsində benzin qiymətləri rekord həddə çata bilər

DÜNYA
15:03 / 02.11.2026
57

ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yanacağın bahalaşması Donald Tramp administrasiyası üçün ciddi siyasi problemə çevrilib. Financial Times qəzetinin proqnozuna görə, seçki günü benzinin bir qallonu üzrə orta qiymət Trampın ikinci prezidentlik dövrünün rekorduna – 3,46 dollara yüksələ bilər. Bu göstərici əvvəlki prezident Co Baydenin dövründə qeydə alınmış rekordu da geridə qoya bilər.

HİT.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşrin hesablamalarına əsasən, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən benzinin qiyməti təxminən üçdəbir artıb. Noyabrın 1-də bir qallон benzinin qiyməti 4,17 dollara çatıb. Dizel yanacağında bahalaşma isə daha kəskin olub. Onun qiyməti 70 faizdən çox artaraq bir qallон üçün 6,3 dollara yüksəlib.

FT-nin məlumatına görə, dizelin orta qiyməti artıq Baydenin prezidentliyi dövründəki rekord göstəricini geridə qoyub. Ötən həftə bir qallон dizelin orta qiyməti 4,339 dollar təşkil edib.

Halbuki Donald Tramp seçki kampaniyası zamanı ABŞ-da, o cümlədən yanacağın qiymətinin Baydenin hakimiyyəti dövrü ilə müqayisədə aşağı olacağını vəd etmişdi. O, benzinin bir qallонunun 2 dollara satılacağını da bildirmişdi. Lakin mövcud göstəricilər bu vədlərin reallaşmadığını göstərir.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin rəhbəri Ceyson Bordoff yüksək yanacaq qiymətlərinin amerikalıların yaşayış xərclərinin artması ilə bağlı narahatlığını gücləndirdiyini bildirib. Onun sözlərinə görə, məhz həyat səviyyəsi və gündəlik xərclər seçiciləri ən çox düşündürən məsələlərdəndir. Ekspert bahalaşmanın səbəbləri arasında Tramp administrasiyasının siyasətinin də rol oynadığını vurğulayıb.

Samir
 

0