Koksaki virusu necə yayılır və simptomları nələrdir?

10:41 / 28.02.2024
596

Son günlərdə ölkəmizdə daha bir virus yayılıb. 

Söhbət koksaki virusundan gedir. Artıq bir çox uşağın sözügedən virusa yoluxduğu bildirilir. Üstəlik, koksaki virusunun qızılca və suçiçəyi ilə oxşarlıq təşkil etməsi də onun qarışdırılmasına səbəb olur. Bütün bunları isə valideynləri ciddi şəkildə narahat edir. 

Son günlərdə uşaqlar arasında yayılan koksaki virusu nə qədər təhlükəlidir? Bundan qorunmaq üçün nələr etmək lazımdır?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova bildirib ki, koksaki enteroviruslar ailəsinə aid olan virusdur:

344719

"Əsasən mədə-bağırsaq sistemini pozur. Aseptik meningitə belə gətirib çıxara bilir. Bu virus 10 yaşa qədər olan uşaqlarda müşahidə olunur". 

Həkim koksaki virusunun necə yayıldığından və simptomlarından söz açıb:

"Koksaki virusu əsasən infeksiya hava-damcı yolu ilə keçir. Bundan başqa, təmiz yuyulmamış qidalardan, çirkli əşyalardan və ya sudan keçə bilər. 

Virusun inkubasiya periodu isə bir neçə gün olur. Əslində heç bir simptom hiss etmədiyimiz dönəm yoluxuruq. Sonra isə temperatur 39-40 dərəcəyə qədər qalxa bilir. Mədə-bağırsaqla bağlı şikayətlər də yarana bilər. Həmçinin, koksaki qusma, diareya, habelə bədəndə səpmə kimi simptomlarla da özünü göstərir. Bu kimi hallarda həkimə müraciət etmək lazımdır". 

Pərviz

0