Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

ÖLKƏ
10:45 / 15.09.2026
80

Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində rəsmi mərasim təşkil olunub.

Hit.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, hərbi attaşeliyi, müşavirlər, eləcə də aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Məlumata görə, səfir Birol Akgün abidələrə əklil qoyub, şəhid məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüb və Şəhidlik kitabını imzalayıb.

0