Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

ÖLKƏ
12:50 / 12.11.2026
39

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.

Bu barədə HİT.az-a Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.

Qeyd edək ki, Arif Mirzəyev noyabrın 10-u Almaniyada vəfat edib.


 

0