Tarixin 12 noyabrı...

MARAQLI
10:46 / 12.11.2026
178

Bu gün tarixin vərəqlərində 12 noyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə tarixdə qalıb.

12 noyabr bir sıra görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi gün kimi xatırlanır. Onu da vurğulayaq ki, bu gün Azərbaycanda Konstitusiya Günüdür. Beləliklə, tarixin 12 noyabrına nəzər salırıq.

12 noyabrda baş verənlər:
1995-ci ildə Azərbaycanda parlament seçkiləri keçirilib və müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. 1997-ci ildə Azərbaycanın “Çıraq” neft yatağından hasil edilən ilk neft Supsaya göndərilib. 2014-cü ildə Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopteri vurub. 

Həmçinin, 1918-ci ildə Avstriyada respublika elan edilib. 1933-cü ildə Almaniyada keçirilən seçkilərdə Nasist partiyası səslərin 92 faizini qazanıb. 1954-cü ildə ABŞ-də immiqrant qəbul məntəqəsi kimi fəaliyyət göstərən Ellis adası bağlanıb. 2011-ci ildə İtaliyanın Baş naziri Silvio Berluskoni və hökuməti istefa verib.

12 noyabrda doğulanlar:
1963-cü ildə “Real TV”-nin baş direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev dünyaya gəlib.

Həmçinin, 1832-ci ildə fransız arxeoloq Jorj Perro, 1833-cü ildə rus bəstəkar Aleksandr Borodin, 1840-cı ildə fransız heykəltəraş Ogüst Roden, 1930-cu ildə alban şair Besim Bokşi, 1934-cü ildə braziliyalı futbolçu Vava, 1935-ci ildə rus aktrisa Lüdmila Qurçenko və 1980-ci ildə türkiyəli aktrisa Nur Fettahoğlu doğulub.

12 noyabrda vəfat edənlər:
1980-ci ildə botanik, ilk azərbaycanlı qadın biologiya elmlər doktoru Validə Tutayuq, 1987-ci ildə dövlət xadimi Baxşəli Baxşəliyev dünyasını dəyişib.

Həmçinin, 1865-ci ildə ingilis yazıçı Elizabet Qaskell, 1955-ci ildə macarıstanlı üzgüçü Alfred Hayoş, 1981-ci ildə amerikalı aktyor Vilyam Holden, 1986-cı ildə yapon yazıçı Fumiko Ençi, 2013-cü ildə alban ginekoloq Sehadete Mekuli və 2020-ci ildə yapon fiziki Masatoşi Koşiba vəfat edib.

Pərviz

0