Azərbaycanın bu kəndində qəribə hadisə: tövlələri yandırır, hasarlara \"X\" hərfi yazırlar - FOTO/VİDEO

21:11 / 11.09.2020
1604

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində sakinlərin evlərinin yandırılmasına cəhd olunub.

HİT.Az-ın konkret.az-a istinadən verdiyi məlumata görə, yaşanan vəziyyət bir müddətdir davam edir.

Bu günə kimi 10-yaxın ailəyə məxsus mal-qara tövləsi, ot tayaları yandırılıb.

Kənd sakinlərin sözlərinə görə, hələlik hadisənin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil:

“Təhlükə gecə saatlarında yaşanır. İnsanlar bir anda hansısa evin həyətindən kəskin tüstünün çıxmasının şahidi olur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, evlərin hasarlarına “X” hərfi yazılır. Vəziyyət o həddə çatıb ki, kənddə insanlar gecələr keşik çəkir, evlərini, mal-qarasını mühafizə etməyə çalışır”.

Məsələ ilə bağlı polis də hərəkətə keçib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən kənd yollarında, eləcə də kənd ətrafı ərazilərdə nəzarət gücləndirilib.

Məlumat üçün bildirək ki, Zəyəm-Cırdaxan kəndi Şəmkir rayonunun ən iri kəndlərindən biridir. Kəndin 10 minə yaxın sakini var.

0