Paşinyan müxalif fraksiyaların bu tələbi qarşısında aciz qalıb

17:10 / 09.11.2020
1122

Qarabağda gedən döyüşlərdə məğlub olan Ermənistanın rəhbərliyi həm də ölkədə hökm sürən pandemiya xaosu, iqtisadi böhran və siyasi qarşıdurmalar qarşısında çarəsiz vəziyyətə düşüb. Belə ki, hazırkı Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin az qala hamısı Paşinyana qarşı birləşiblər. Əksəriyyəti Rusiyameylli olan erməni müxalifət qüvvələri sabiq prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra daha da fəallaşıblar.

 “Sputnik Ermənistan”ın xəbərinə görə, müxalif parlament fraksiyaları yenidən baş nazir Nikol Paşinyanla görüşməyi tələb ediblər. Bu barədə “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” parlament partiyalarının rəhbərlərinin bəyanatında deyilir.

“Təxminən iki həftə əvvəl “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” fraksiyalarının rəhbərləri Qaqik Tsarukyan və Edmon Marukyan baş nazir Nikol Paşinyana Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təklifi ilə müraciət etdilər, lakin bu, baş vermədi”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 27 oktyabrda Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri də Baş nazir Nikol Paşinyana ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyi təklif etmişdilər.

0
qafqazinfo.az