Avropa Liqası finalının STATİSTİKALARI

İDMAN
11:00 / 21.05.2026
94

Ötən gün Avropa Liqasının qalibi bəlli olub.

Türkiyənin İstanbul şəhərində keçirilən matçda İngiltərənin “Aston Villa” klubu Almaniya təmsilçisi “Frayburq”u 3-0 məğlub edib. Beləliklə, “Aston Villa” ilk dəfə bu kuboku qazanıb. Bu, onların 44 il sonra qazandıqları ilk avrokubok kimi də tarixə düşüb. 

Emerinin tarixi uğuru
“Aston Villa”nın baş məşqçisi Unay Emeri Avropa Liqasında tarix yazmağa davam edir. Bu, onun 5-ci çempionluğu olub. İspan mütəxəssis daha əvvəl 3 dəfə “Sevilya”, 1 dəfə isə “Vilyareal” ilə bu kuboku qazanıb. Üstəlik, Emeri 3 fərqli klubla Avropa Liqasında çempion olan ilk baş məşqçi olub.  

Matçın statistikaları
“Frayburq” çox cüzi fərqlə topla oynamada üstün olub: 51-49%. Həmçinin, eyni vəziyyət dəqiq pas ötürmələrində də qeydə alınıb: 366-356. Qapıya endirilən zərbələrdə isə “Aston Villa”nın ciddi üstünlüyü olub: 17-4. 


“Frayburq”un qapıçısı Atubolu 3, “Aston Villa”nın qapıçısı Martinez isə 2 qurtarış edib. İngilislər 8, almanlar isə sadəcə 1 dəfə küncdən zərbə yerinə yetiriblər. Hər iki komanda 15 dəfə qayda pozub. Oyunda qırmızı vərəqə göstərilməyib. Lakin “Frayburq” futbolçuları 1, “Astan Villa” oyunçuları isə 3 dəfə sarı vərəqə alıb.

Yenə ingilislər qazandı
Maraqlıdır ki, indiyə kimi İstanbulda oynanılan 5 finalın 4-nü ingilislər qazanıb. 2005-ci ildə Çempionlar Liqasının finalında “Liverpul” “Milan”ı, 2019-cu ildə Super Kubokda “Liverpul” “Çelsi”ni, 2023-cü ildə Çempionlar Liqası finalında “Mançester Siti” “İnter”i, bu il isə Avropa Liqasının finalında “Aston Villa” “Fraybuq”u məğlub edərək çempion olub. 

Elmir Mustafa

0