ABŞ İranla danışıqlarda "kiçik irəliləyiş" əldə edib

DÜNYA
14:00 / 22.05.2026
45

ABŞ və İran sülh sazişi üzrə aparılan danışıqlarda kiçik irəliləyiş əldə edib. 

HİT.az xəbər verir ki, bu barədə NATO xarici işlər nazirlərinin görüşü zamanı ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Kiçik bir irəliləyiş müşahidə olunur. Mən bunu şişirtmək istəmirəm, amma müəyyən irəliləyiş var və bu yaxşıdır”, deyə diplomat bildirib.

Bundan əvvəl “Fars” agentliyi mənbəyə istinadən Tehran tərəfindən Vaşinqtona təqdim edilən və sülh danışıqlarının bərpası üçün irəli sürülən beş şərti açıqlayıb. Tələblər sırasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılması, sanksiyaların ləğvi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması, müharibə nəticəsində yaranan itkilərə görə kompensasiya ödənilməsi yer alır. Mənbənin sözlərinə görə, əsas şərtlərdən biri də İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınmasıdır.

28 fevralda ABŞ İsraillə birgə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, Yaxın Şərqdəki ABŞ bazalarına və neft infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Bundan əlavə, İran dünya neft daşımalarının təxminən 30 faizinin keçdiyi Hörmüz boğazını bağlayıb.

Samir

0