“Klassik müxalifətin (Xalq Cəbhəsi və Müsavat) 26 illik fəaliyyəti bu partiyaları və onların liderlərini iflasa uğradıb”.
Bunu Azərbaycanın eks-spkeri Rəsul Quliyev deyib. O, bildirib ki, bu komandaların Azərbaycanın 18-65 yaşlı vətəndaşları arasında (təqribən 5 milyona yaxın) dəstəyi maksimum 1 faiz ola bilər.
“Yəni praktiki sıfırdır. Onlar 20 ildir özlərinin monoton tənqidləri, korrupsiya və rüşvəti dərindən analiz etmədən şişirdilmiş yalançı rəqəmlərlə xalqa təsir etmək cəhdləri əslində həm onları və həmdə onlardan mütəmadi müsahibələr götürənlərin reytinqlərini əslində (youtubda 100 min insanın bu intervyulara baxdığına baxmayaraq) sıfıra çatdırıb. 100 min baxır və müsahibənin təsiri sıfıra bərabər olursa, bunun səbəbini intervyunun keyfiyyətində yox başqa səbəblərdə axtarmaq lazımdır.
Hökumətin heç bir səbəb olmadan bu psevdo müxalifəti izolyasiya etməsini məntiqlə anlamaq mümkün deyil. Bu insanlar mənasız, həmişə eyni çeynənmiş və qeyri-obyektiv intervyuları ilə özləri qəbirlərini qazıblar. Hökumətin onları izoliyasiya edib yenidən qəbirdən çıxarmağa cəhdi ancaq bir şeyə qulluq edə bilər. Ölkədə real müxalifətin yaranmasının qarşısını almağa”. //“Yeni Sabah”