Sizə 4-cü Boyut pop qrupunun rəhbəri Vüqar Camal ilə müsahibəni təqdim edirik:
– Boyut nə deməkdir?
Boyut düşüncə tərzidir. Hər insanın öz baxış bucağı, öz həqiqəti var. Bizim üçün boyut başqa bir dünyaya keçid deyil, eyni dünyaya başqa gözlə baxmaqdır. 4-cü Boyut da elə budur – fərqli düşünə bilmək bacarığıdır.
– Fərqli necə?
3-cü boyut özü üçün çalışır. Musiqiləri də kimisə qınamaq, ittiham etmək, öz dərdini tamaşaçıya şikayət etmək və neqativ yaymaq üzərində qurulub. 4-cü boyut isə hamı üçün çalışır, bütövü düşünür və musiqilərində insanların axtardığı suallara cavablar səsləndirir, pozitivlik bəxş edir.
– Bəs Silent Feels qrupu barədə nə deyə bilərsiniz? Onun 4-cü Boyut qrupundan fərqi nədir?
Əslində qrupun tam adı ARION – Silent Feels-dir. Arion bəstəkarın ləqəbidir. Qrupda solist yoxdur, ifalar yalnız instrumental musiqilərdən ibarətdir.
– İnstrumental musiqinizin digər instrumental musiqilərdən fərqi varmı?
Müəyyən qədər var, əlbəttə. Qrupun musiqiləri bir neçə mərhələyə bölünüb. Əvvəlcə dərin travmaları, depressiyaları şəfalandırmaq, yaraları sarımaq, daha sonra isə növbəti mərhələyə keçid etmək nəzərdə tutulur ki, dinləyici ruhunun qaranlıq tərəfi ilə və zehni ilə sağlam harmoniyaya qovuşana qədər terapiya alsın.
– Belə çıxır ki, repertuarınız qəmli, lirik instrumental musiqilərdən ibarətdir?
Xeyr. Bunlar meditativ musiqilərdir, mərhələyə görə tempi, ritmi və mövzusu dəyişir. Həyatda travması olmayan insan yoxdur. Dinləyicilərin də hamısı eyni mərhələdə deyil. Bu səbəbdən hər kəs öz şəfasını alır.
– Bəs konsert proqramı planlayırsınızmı?
Bəli, artıq repertuar hazırdır. Niyyətimiz öz ölkəmizdə və qonşu ölkələrdə konsert proqramı ilə çıxış etməkdir. Lakin 3-cü boyutun insanlarının başı müharibələrə, çəkişmələrə və mübahisələrə qarışıb. Onlar anlamırlar ki, biz həyata yarışmağa yox, yaşamağa gəlmişik. Biz gəldiyimiz yeri cənnətə çevirməyə gəlmişik, nə vaxtsa cənnətə getmək üçün yox. Xatırlayın, bir zamanlar insanlar dincəlmək üçün ailəlikcə evdən çıxıb teatr tamaşalarına, filmlərə baxar, konsert proqramları dinləyərdilər. İndi isə həyat sönüb, dinclik yoxdurm yaraları sağaltmaq missiyasını daşıyır.


