Azad Vətən Partiyasının rəhbərliyi 8 Noyabr - Zəfər Günündə Zəfər abidəsini ziyarət edib.
Hit.az xəbər verir ki, onlar abidənin qarşısına gül dəstələri qoyaraq, dua ediblər.
Azad Vətən Partiyasının sədri Akif Nağı ziyarət zamanı mətbuata da qısa açıqlama verib. O, açıqlamasında Zəfər gününün əhəmiyyətindən bəhs edib:
"Bu gün Azərbaycan tarixinin ən mühüm qələbə günlərindən biridir. Düz 6 il əvvəl 30 illik həsrətimizə son qoyuldu. Nə xoşdur ki, bu gün bütün torpaqlarımız azaddır və suverenliyimiz tam təmin olunub. Buna görə çox qürurluyuq. Bir daha bu tarixi qələbə münasibətilə Ali Baş Komandanımızı, Ordumuzu və xalqımızı təbrik edirəm".






