İlham Əliyev yeni Baş prokuror təyin etdi (SƏRƏNCAM) 

SİYASƏT
14:07 / 01.05.2020
1842

Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Hit.Az xəbər verir ki, sərəncamla Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
 
Prezidentin başqa bir sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

0