Ermənilər Qarabağı tərk edir - Xankəndidən son xəbər

SİYASƏT
21:04 / 18.04.2021
4083

Xankəndidəki separatçıların “deputatı” Metakse Hakopyan ermənilərin Qarabağı tərk etdiyini deyir.

Hakopyan ermənilərin gələcəyə ümidlərinin qalmadığını bildirib.

“Müharibədən sonra Qarabağdakı ermənilərin sosial məsələləri həll olunmur, əhali tədricən gələcəyə ümidini itirir, əksəriyyət getmək haqqında düşünür. Artıq həkimlər, müəllimlər, mədəniyyət işçiləri, ixtisas sahibi olanlar gedirlər. Belə davam edərsə, Qarabağ boşalacaq”, - o bildirib. /Publika.az

1