İlham Əliyev Putinlə telefonla danışdı

SİYASƏT
15:23 / 10.05.2021
1483

Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, telefon söhbəti zamanı dövlət başçıları Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə bir-birini səmimi təbrik edərək vurğulayıblar ki, hər iki ölkədə xilaskar döyüşçülərin şücaəti haqqında xatirə müqəddəs tutulur, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərmiş veteranlara dərin minnətdarlıq bildirilir.

Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib.

Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

2