İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.
Hit.az APA-ya istinadən xəbər verir ki, Cavad Zərifin səfəri iki ölkə rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutur.
Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparılacaq.