SİYASƏT
17:35 / 10.06.2021
84

AY Partiya və MSDM başqanları arasında görüş keçirildi

Azərbaycan Yüksəliş (AY) Partiyası Başqanı Anar Əsədli bu gün Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) İsa Qəmbər ilə görüşüb.

HİT.Az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Gülşən Hacıyeva, Baş Məclis sədrinin müavini Rəqibə İsbiyeva, üzvü Əlövsət Xalıqverdiyev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, MSDM üzvü Arzu Səmədbəyli iştirak ediblər.

AY Partiya Başqanı partiyanın quruluş məqsədi, hədəfləri, indiyədək ölkədəki siyasi partiyalar, qeyri-hökumət təşkilatları ilə keçirilən görüşlərdən danışıb. 

Görüşdə cümhuriyyət ənənələri, müsavatçılıq ideologiyası, ölkədəki siyasi partiyaların özlərinə seçdiyi ana xətt və s. barədə müzakirələr aparılıb.  

Bildirilib ki, istənilən ölkənin demokratikləşməsi, inkişaf etməsi üçün azad və ədalətli seçkilərin keçirilməsi vacibdir. Görüşdə gündəmə dair fikir mübadiləsi aparılıb.

2