SİYASƏT
13:33 / 12.06.2021
664

Artıq bu hücumlara alışmışam - Putin Baydendən danışdı

Son illər Rusiya ilə ABŞ arasındakı münasibətlər kəskin şəkildə pisləşib. 

HİT.Az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Amerikanın NBC kanalına verdiyi müsahibədə bildirib. 

Rusiya prezidenti hesab edir ki, ABŞ-ın hazırki prezidenti Cozef Bayden sələfi Donald Trampdan köklü şəkildə fərqlənir. Putin qeyd edib ki, Bayden karyerist siyasətçidir. O, demək olar ki, yetkin yaşlarından siyasətdədir. 

"O, ( Bayden - red.) tamamilə fərqli bir insandır. Bunun üstünlükləri, eyni zamanda, mənfi cəhətləri var. Amma ümid edirəm ki, hazırki prezidentin heç bir impulsiv davranışının şahidi olmayacağıq”, - deyə Rusiya lideri vurğulayıb.  

Putin Donald Tramp barəsində fikirlərini açıqlayıb. Kremlin sahibinə görə, Tramp fövqəladə bacarıqlı şəxsdir. “Əks təqdirdə o, ABŞ-ın prezidenti ola bilməzdi”, - Putin əlavə edib. 

Rusiya prezidentinin fikrincə, Tramp ABŞ prezidenti seçilənə qədər böyük siyasətin bir hissəsi olmayıb.

Putin, Baydenin onu “qatil”adlandırmasına da münasibət bildirib. O deyib ki, vəzifədə olduğu müddətdə hər tərəflərdən müxtəlif hücumlara məruz qalıb və artıq buna alışıb.
 
Qeyd edək ki, iyunun 16-da Cenevrədə Vladimir Putinlə Jozef Bayden arasında  ilk görüş baş tuta bilər. Bunun üçün intensiv hazırlıqlar gedir. 

VÜQAR

0