SİYASƏT
11:46 / 13.06.2021
302

ATƏT sədri Azərbaycan-Ermənistan razılaşmasını dəyərləndirib

“Saxlanılan 15 nəfərin Ermənistana qaytarılması və Azərbaycana minaların təmizlənməsi prosesini asanlaşdıracaq məlumatın təqdim edilməsini alqışlayıram”.

HİT.Az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde tvitter hesabında yazıb.

“Etimadın qurulması üzrə bu tədbirlər Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa İttifaqı ilə işləməkdən məmnunam”, - o qeyd edib.

0