Ərdoğanın Azərbaycana səfərindən gözləntilər nələrdir? - ŞƏRH

SİYASƏT
16:56 / 12.06.2023
528

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilən idi".

Bu sözləri HİT.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

O vurğulayıb ki, iki qardaş ölkə prezidentləri ənənəvi olaraq prezident seçkilərindən dərhal sonra ilk səfəri məhz bir-birlərinə edirlər:

"Bu ənənə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətinin, xalqlarımız arasındakı tarixi və mənəvi bağın təzahürü, bariz göstəricisidir. Səfərlər içərisində ən ali səfər olan dövlət səfərinin Azərbaycana olunması iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətləri tarixinin ən güclü mərhələsindədir. 

327906

Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək.  Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüşü zamanı hazırda şərti təmas və rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri zonada icra olunan təxribatlar və bu diversiya aktlarına qarşı mümkün mübarizə imkanları müzakirə olunacaq".

Politoloq qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında yeni saziş imzalana bilər:
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında da yeni saziş imzalana bilər. Müdafiə və təhlükəsizlik sahəsində ortaq layihələrin icrası gözlənilir. Həmçinin, ölkəmizdə “Bayraktar” mərkəzinin yaradılması ilə bağlı ciddi addımlar da atıla bilər. Eləcə də bu istiqamətdə ortaq silahların istehsalı da gözləniləndir".

Pərviz

0