Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.
HİT.az xəbər verir ki, bu barədə C.Bayramovun "X" hesabında məlumat paylaşılıb.
"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", deyə paylaşımda qeyd olunub.
Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.





