Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
"Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub", - məlumatda vurğulanıb.
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng etmişdir. Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir. Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur.
— İlham Əliyev (@azpresident) November 9, 2026


