Prezident nazir müavini ilə bağlı sərəncam imzaladı (FOTO) 

SİYASƏT
14:29 / 27.04.2020
1258

İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Hit.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, İ.Quliyev 2005-ci ildən Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.

0