Müəllimlər üçün yeni GÜZƏŞT

TƏHSİL
11:42 / 03.11.2026
233

Təhsil işçiləri üçün nəzərdə tutulan “TəhsilPlus” kartının tətbiqi müəllimlərin gündəlik həyatında yeni imkanlar yaradır.

Kartdan yararlanan təhsil işçiləri Bakı şəhərində ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edə biləcəklər. Belə ki, kart vasitəsilə avtobus və metroda gediş haqqı cəmi 1 qəpik təşkil edəcək.

Hazırda kartların müəllimlərə və digər təhsil işçilərinə təqdim edilməsi davam edir. Bu təşəbbüs həm təhsil sahəsində çalışanların sosial rifahına dəstək, həm də onların gündəlik nəqliyyat xərclərinin azaldılması baxımından əhəmiyyət daşıyır.

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, “TəhsilPlus” kartlarının əhatə dairəsinin və təqdim etdiyi üstünlüklərin artırılması gündəmə gətirilir:

414607

“Hazırda noyabr ayı ilə məhdudlaşan nəqliyyat güzəşti sınaq mərhələsindədir. Nəticələr müsbət olacağı təqdirdə, təşəbbüsün davam etdirilməsi mümkündür”.

Ekspert hesab edir ki, müəllimlərlə yanaşı, tələbə və şagirdlər üçün də əlavə imtiyazlar nəzərdə tutulmalıdır:

“Bu cür güzəştlərin nəqliyyatla yanaşı, digər xidmət sahələrini də əhatə etməsi təhsil ictimaiyyəti üçün daha geniş dəstək mexanizmi yarada bilər”.

Sevinc

 

0