Bu gün tarixin vərəqlərində 3 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir çox mühüm hadisə ilə tarixdə qalıb.
3 noyabr bəzi görkəmli şəxslərin dünyaya gəldiyi gündür. Bir çox tarixi şəxsin isə vəfat etdiyi gün kimi xatırlanır. Həmçinin, bu gün Birləşmiş Ərəb Əmirliklərində Bayraq Günü, Dominika və Mikroneziyada Müstəqillik Günü, Maldiv adalarında Qələbə Günü, Panamada Ayrılıq Günü, Yaponiyada isə Mədəniyyət Günü kimi qeyd olunur. Beləliklə, tarixin 3 noyabrına nəzər salırıq.
3 noyabrda baş verənlər:
1986-cı ildə Naxçıvan trolleybusu təsis edilib. 1994-cü ildə Azərbaycan və Çili arasında diplomatik əlaqələr qurulub. Həmçinin, 1493-cü ildə Xristofor Kolumb ikinci səyahətində Karib adalarını kəşf edib. 1838-ci ildə “The Times of India” qəzeti “The Bombay Times and Journal of Commerce” adı ilə təsis olunub.
1896-cı ildə ABŞ-də prezident seçkilərində respublikaçı Uilyam Makkinli qalib gəlib. 1957-ci ildə Sovet İttifaqı kosmosdakı ilk canlı varlıq olan “Layka” adlı iti Yer orbitinə daşıyan Sputnik 2-ni buraxıb. 1978-ci ildə isə Dominika Birləşmiş Krallıqdan ayrılaraq müstəqilliyini elan edib. 1992-ci ildə ABŞ-də keçirilən prezident seçkilərində Demokrat Bill Klinton seçilib. 1994-cü ildə isə Türkiyə ilə İsrail arasında terrorizmə qarşı əməkdaşlıq müqaviləsi imzalanıb.
3 noyabrda doğulanlar:
1951-ci ildə Milli Məclisin V çağırış deputatı Araz Əlizadə və 1956-cı ildə qanuni oğru Lotu Hikmət (Hikmət Muxtarov) dünyaya gəlib.
Həmçinin, 1604-cü ildə Osmanlı sultanı II Osman, 1835-ci ildə amerikalı yazıçı Mark Tven, 1852-ci ildə Yaponiya imperatoru Meyci, 1887-ci ildə rus şair Samuil Marşak, 1900-cü ildə alman sahibkar Adolf Dassler, 1901-ci ildə Belçika kralı III Leopold, 1921-ci ildə amerikalı aktyor Çarlz Bronson, 1924-cü ildə rus dramaturqu Leonid Zorin, 1926-cı ildə Litvanın 6-cı və 8-ci prezidenti Valdas Adamkus, 1945-ci ildə alman futbolçu Gerd Müller və 1957-ci ildə isveçli aktyor Dolf Lundqren doğulub.
3 noyabrda vəfat edənlər:
2007-ci ildə Xalq rəssamı Böyükağa Mirzəzadə dünyasını dəyişib.
Həmçinin, 361-ci ildə Roma imperatoru II Konstansi, 1254-cü ildə Nikeya imperatoru III Duka İoann Vatas, 1940-cı ildə amerikalı fotoqraf Luis Hayn, 1954-cü ildə fransız rəssam Anri Matiss, 1970-ci ildə Yuqoslaviyanın sonuncu kralı II Pyotr, 1975-ci ildə Banqladeş baş naziri Tacuddin Əhməd, 1980-ci ildə sovet aktrisası və müğənnisi Lyubov Dobrjanskaya, 1999-cu ildə şotland aktyor İan Bannen, 2006-cı ildə fransız bəstəkarı Pol Moria, 2010-cu ildə Rusiya baş naziri Viktor Çernomırdin, 2016-cı ildə amerialı caz müğənnisi Key Starr vəfat edib.
Pərviz
