Türk serialları ilə bağlı ŞOK QƏRAR

MƏDƏNİYYƏT
09:47 / 03.11.2026
256

Türkiyədə seriallarla bağlı şok qərar verilib.

Hit.az xəbər verir ki, bundan sonra futbol oyunları zamanı və özəl günlərdə serialların yeni bölümləri yayımlanmayacaq.

Bunun səbəbi həmin ərəfələrdə reytinqlərin və reklam gəlirlərinin kəskin şəkildə aşağı düşməsidir. Ona görə də telekanalların bu barədə ortaq qərar verdiyi deyilir. Sözügedən qərara bugündən etibarən başlanılır. 

Bu axşam “Qalatasaray” Çempionlar Liqasında Almaniyanın “Ştutqart” klubu ilə oynayacaq. Həmin matç “TRT1”-dən yayımlanacaq. Bu səbəbdən də “Mehmed: Fetihler Sultanı”, “Tuzlu Kahve”, “Haysiyet” və “Anne Yarısı” kimi serialların yeni bölümləri nümayiş olunmayacaq. 

Qeyd edək ki, oktyabr Türkiyədə son 30 ilin ən aşağı reklam gəlirlərinin toplandığı ay kimi tarixə düşüb. Bu səbəbdən ötən ay bir çox serialın yeni bölümü yayımlanmayıb.

Pərviz

0