Qiymətlər rekord həddə çatdı - İkinci dalğa qorxusu

09:44 / 09.07.2020
2173

Dünya birjalarında qızılın qiyməti sürətlə bahalaşır.

Dünənki hərraclarda qızılın unsiyasının dəyəri 1815 dollaradək yüksəlib. Beləlikə 2011-ci ilin sentyabr ayından sonra ilk dəfə qızılın qiyməti 1800 dollarlıq həddi keçmiş olub.

Bildirilir ki, hazırda dünyada pandemiyanın ikinci dalğasının başlayacağı ilə bağlı məlumatlar yayılır. Bu şəraitdə investorlar üçün ən etibarlı yatırım kimi qızıl önə çıxır.

0
Publika.az