2026-cı ilin sentyabr ayında qlobal elektrikli avtomobil satışları aylıq müqayisədə 17 faiz artaraq 2,15 milyon ədədə çatıb.
Hit.az xəbər verir ki, bununla da ilin əvvəlindən bəri dünya üzrə ümumi satış həcmi 15,5 milyon ədəd təşkil edib.
Cari dövrdə aylıq bazada nəzərəçarpan canlanma müşahidə olunsa da, Şimali Amerika və Çin bazarlarındakı daralma səbəbindən illik müqayisədə 2 faizlik məhdud geriləmə qeydə alınıb.
Qeyd edək ki, Avropa bazarı sentyabr ayında reallaşan təxminən 600 min ədədlik elektromobil satışı ilə əvvəlki rekord göstəricisini 10 faiz üstələyərək bütün dövlərin ən yüksək aylıq səviyyəsinə yüksəlib. İllik müqayisədə 39 fazlik artımın qeydə alındığı qitədə xüsusilə Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya və Finlyandiya kimi ölkələr öz daxili satış rekordlarını təzələyiblər.
Həmçinin, bölgələr üzrə də statistika qlobal bazarda kəskin fərqliliklərin olduğunu ortaya qoyur. Belə ki, Şimali Amerikada satışlar ötən ilin müvafiq dövründə tətbiq edilən federal vergi güzəştlərinin başa çatması fonunda 44 faiz azalaraq ilin ən kəskin düşüşünü yaşayıb.
Daxili bazarında 18 faizlik geriləmə müşahidə olunan Çin isə bu itkini 558 min ədədlik rekord minik avtomobili ixracı ilə kompensasiya etməyə çalışıb.
Lakin bölgələrarası ticarət balansı və qanunvericilik tənzimləmələrində də mühüm dəyişikliklər gözlənilir. Avropa İttifaqı ilə Çin 2027-ci ildən etibarən bu ölkənin istehsalı olan hibrid avtomobillərin idxalına illik 350 min ədədlik kvota tətbiq olunması barədə razılığa gəliblər.
Bununla yanaşı, Çin hökumətinin 2027-ci ilin aprel ayından etibarən ixracat ƏDV qaytarılmasını 9 faizə endirmək qərarı istehsalçıların qlobal mənfəətliliyinə birbaşa təsir göstərəcək.
Pərviz


