Yeməyi sürətli yeməyin hansı fəsadları var?

SAĞLAMLIQ
12:26 / 23.10.2026
224

“Təəssüf ki, bəzi insanlar yeməkləri çox sürətli şəkildə yeyirlər və bu, artıq onlarda vərdiş halını alıb”.

Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yemək yemək sadəcə bədəni qida ilə doldurmaqdan ibarət olmamalıdır:


“Həzm sistemi mərhələli şəkildə, prosesli işləyən fizioloji bir prosesdir. Sürətlə yemək isə bu prosesə mənfi təsir edir. Məsələn, elə adam var ki, tikələri çeynəmədən udur. Nəticədə, yeməyi sürətlə yemək müxtəlif fizioloji proseslərlə yanaşı fəsadlara da yol açır.
Birincisi, diskomfort hissi yarada bilir.

Yəni tez-tez yemək yeyən insanlarda köp və ya şişkinliyin yaranma ehtimalı var. Düşünürəm ki, yemək yeyərkən beyinə doymaq siqnalının vaxtında çatıması üçün şərait yaratmaq lazımdır. Lakin tez-tez yedikdə mədəni doldururuq və beyinə də siqnal gec çatır”.

Ekspert qeyd edib ki, hazırda insanların ən çox əziyyət çəkdiyi məsələlər sırasında köp və şişkinlik ön sıralardadır:
“Hətta bu günləri bəzi insanlar lazım olduğundan artıq qidanı qəbul edirlər. Yəni qarın doysa da, göz doymur. Burada əsas məsələ beyinə siqnalın çatmamasıdır. İnsan doyduğunu dərk edib, yeməyi dayandırmalıdır. Lakin çox təəssüfər olsun ki, bu günləri insanlar televizor, sosial şəbəkələr və ya telefon başında yemək yedikləri üçün beyinə siqnalın getməsi ləngiyə bilir. Çünki insanıb başı qarışdığı üçün doyduğunun fərqinə varmır. Bu da öz növbəsində köp və şişkinlik yaranmasına gətirib çıxarır”.

Həmsöhbətimiz bildirib ki, yemək zamanı ağızda xırdalanan yemək hissəciklərinin mədəyə normal formada ötürülməlidir:
“Ancaq əfsuslar olsun ki, insanlar bir tikəni udmamış, digər tikələri də ağızlarına qoyurlar. Bu isə mədələrinin həddindən artıq qida ilə yüklənməsinə yol açan amillərdən biridir. Daha sonra isə mədələrini yumşaltmaq, həzm proseslərini sürətləndirmək üçün apteklərdən kömür və ya müxtəlif dərman preparatları axtarmağa başlayırlar. 

Üstəlik, belə hallar xəmir xörəklərində özünü çox qabarıq şəkildə büruzə verir. Yaxşı olar ki, yeməyi sürətli şəkildə deyil, aramla yesinlər. Çünki yeməyi sürətli şəkildə yedikdə vaxta qənaət etsək də, onun fəsadə səhhətimizdə özünü mənfi şəkildə göstərir”.

Pərviz

0