Xalq rəssamı Fərhad Xəlilov ordenin şəklini hazırlayarkən nə vaxtsa həmin ordenlə təltif olunacağını düşünmədiyini bildirib.
HİT.az xəbər verir ki, Xalq rəssamı bunu Prezident İlham Əliyevin ona "İstiqlal" ordenini təqdim edərkən deyib.
"Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.", – Fərhad Xəlilov deyib.
Prezident İlham Əliyev isə cavabında bildirib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.".

