Maştağada evdən 3 000 manatlıq generator və təmir alətləri oğurlandı

20:15 / 10.11.2023
410

Bakının Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 4-də Maştağa qəsəbəsində bir evin həyətindən 3 000 manat dəyərində generator və təmir alətləri oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini E.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

0