Polis 19 avtomat silahı aşkarladı

HADİSƏ
10:24 / 17.04.2026
47

Aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 19 avtomat silahı, 1 tapança, 7 tüfəng, 6 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hit.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

0