Yol nişanları dilimizə uyğunlaşdırılmalıdır?

SOSİAL
13:28 / 04.11.2026
151

Yol hərəkəti nişanlarında istifadə olunan xarici sözlərin Azərbaycan dilindəki qarşılıqları ilə əvəzlənməsi məsələsi yenidən gündəmə gəlib.

Belə ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu bu istiqamətdə maraqlı təkliflə çıxış edərək, yol nişanlarında yer alan “STOP” sözünün “Dur” və ya “Toxta” ifadəsi ilə əvəz edilməsini irəli sürüb. Millət vəkili hesab edir ki, dilimizin zəngin söz ehtiyatından istifadə etməklə gündəlik həyatımızda da milli ifadələrə daha geniş yer vermək mümkündür.

Bəs belə bir dəyişiklik nə dərəcədə məqsədəuyğundur?

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı Hit.az-a açıqlamasında bildirib ki, yol hərəkətinin təşkili ilə bağlı mövcud qaydalar və nişanlar beynəlxalq hüquqi normalar əsasında formalaşdırılıb:

414717

“1998-ci ildə qəbul olunan müvafiq qanun da Azərbaycanın yol hərəkəti sisteminin hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənədlərdəndir. Bu qanunun hazırlanmasında beynəlxalq konvensiyaların tələbləri əsas götürülüb və ölkəmizin həmin sənədlərə qoşulması yol hərəkəti qaydalarının vahid standartlara uyğunlaşdırılmasına imkan yaradıb”.

Ekspert bildirib ki, yol nişanlarının əsas xüsusiyyəti onların dil baryeri yaratmadan hər kəs tərəfindən tanınmasıdır:

“Bu sistemdə yazılı ifadələrdən daha çox, rənglər, həndəsi formalar, rəqəmlər və qrafik təsvirlər vasitəsilə məlumat ötürülür. Belə yanaşma müxtəlif ölkələrdən olan sürücülərin eyni nişanları eyni məzmunda anlamasını təmin edir”.

Sevinc

0