Güllü Muradova ərinin həbsinə görə oğlunun toyunu təxirə saldı

MAQAZİN
16:03 / 07.11.2026
36

Xəbər verdiyimiz kimi, tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı övladına kiçik toy etməyə hazırlaşırmış. O, ərinin həbsinə görə toyu təxirə salıb. 

Qeyd edək ki, R.Yusifovun üzərində narkotik vasitə aşkarlanıb. Onun  barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.

0