Bakıda məşhur aktyorun qardaşı qızı mənzilində ölü tapıldı - VİDEO

HADİSƏ
13:20 / 17.04.2026
107

Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında 71 yaşlı qadının meyiti tapılıb.

HİT.az ARB-yə istinadən xəbər verir ki, uzun müddət tək yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.

Mənzildə meyiti tapılan Leyla Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.

Qeyd edək ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.

0