Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı: Ölən var - VİDEO

HADİSƏ
09:57 / 24.04.2026
51

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

HİT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyənləşib.

Xilasedicilər tərəfindən bir kişi xilas edilib, digər kişinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

0