10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş

HADİSƏ
12:56 / 29.04.2026
36

Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində avtomobillə 10 yaşlı azərbaycanlı Eldar Hüseynovu vuraraq öldürən sürücü saxlanılıb.

“Qafqazinfo” “Aktual.ge” portalına istinadən xəbər verir ki, hadisədən sonra 19 yaşlı sürücü gecə saatlarında polis tərəfindən tutulub.

Məlumata görə, qəzanı törədən sürücü Bolnisi bələdiyyəsinin Daşdıqullar kəndinin sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlibmiş.

0