Milli Onkologiya Mərkəzində partlayış

HADİSƏ
15:32 / 30.04.2026
94

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar. Hazırda faktla bağlı araşdırma aparılır.

0