Restorandan çıxarkən güllələnən şəxs iş adamı imiş

HADİSƏ
11:01 / 09.05.2026
104

Zaqatalada 39 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

HİT.az Unikal.az-a istinadla xəbər verir ki, ötən gecə 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edilir ki, 39 yaşlı İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. Oxu.az-ın məlumatına görə, o, Zaqatalada restoran sahibi olub.
 

0