Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurdu

HADİSƏ
18:28 / 06.06.2026
58

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

0