Abşeronda sürücülər arasında insidentə görə bir nəfər saxlanıldı

HADİSƏ
11:37 / 09.06.2026
92
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.
 
Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
 
Qeyd edilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Galendewagen” və "Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
 
Araşdırmalarla "Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
 
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
 

0