Azov dənizində dron hücumunda həlak olan daha iki azərbaycanlının nəşi tapılıb

HADİSƏ
12:02 / 09.06.2026
51

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində gunorta radələrində ölkəmizə çatmaları gözlənilir.

Bu barədə HİT.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb.

“Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan iki nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur”, deyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

0