Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi

HADİSƏ
10:23 / 11.06.2026
40

Ermənistanda zəlzələ olub.

Bu barədə HİT.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.

3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.

0