Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra özünə qəsd edib

HADİSƏ
16:59 / 15.06.2026
53

Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.

R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

0