Yevlaxda kanalda batan 26 yaşlı kişinin meyiti tapıldı

HADİSƏ
11:39 / 21.06.2026
52

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında batan 26 yaşlı kişinin meyiti tapılıb.

Hit.Az-ın məlumatına görə, kanalın rayonun Malbinəsi kəndi ərazisində batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

0